Sabunçu rayonunda kişinin sevgilisini və onun qızını bıçaqlaması barədə bəzi detallar məlum olub.
Qlobal.net xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, fevralın 2-də gecə saatlarında 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın evinə gəlib.
O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb.
Hadisəni törədən Z.Babayev daha sonra hər ikisini bıçaqlayıb.
Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.