Türkiyənin Bursa şəhərində oğul sevgilisinə görə atasını öldürüb.
Qlobal.net bakupost.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Bursanın Osmanqazi rayonunda baş verib.
Həyat yoldaşından ayrıldıqdan sonra işlədiyi yaşayış binasının
zirzəmisində qalan 2 uşaq atası Mustafa Dəmirəlin böyük oğlu 3 gün
atasından xəbər almayıb.
Mərhumun böyük oğlu qardaşı Hakan Dəmirəllə birlikdə getdiyi evdə atasının cansız bədəni ilə rastlaşıblar.
Atanın qətli ilə bağlı araşdırmalara başlanılıb, kameralara baxılıb.
Hadisə yerindən barmaq izləri götürən qruplar Mustafa Dəmirəlin
telefonuna baxıb. Oğlu Hakanın atasına "Ata, kredit kartlarında pul
yoxdur. Digərində isə qızıl hesabı nağdlaşdırıb, paltar alacağam.
Xəbərin olsun", mesajını görüblər.
Araşdırma qrupu atasının avtomobilindən istifadə etdiyi üçün Hakan
Dəmirəli saxlayıb. Polisdəki ilk ifadəsində soyuqqanlı hərəkətləri ilə
diqqət çəkən Dəmirəl, "Mən günahsızam. Qohumlarım da atamı öldürmüş ola
bilər. Məni gərəksiz yerə sorğu-sual edirsiniz. Atamın dəfnində iştirak
edim son vəzifəmi yerinə yetirin", deyə bildirib.
Lakin sonradan cinayətini etiraf edən Hakan Dəmirəl atasını otağında tüfənglə öldürdüyünü etiraf edib.
Bursa 1-ci Ağır Cəza Məhkəməsində Dəmirəlin məhkəməsi başlayıb. Ömürlük
həbs tələbi ilə mühakimə olunan Dəmirəl, "Atam sevgilimi söydüyünə görə
oldu. Silahı üstümə çəkdi, mən də silahı əlindən alıb atəş açdım.
Qardaşım yanımda olduğu üçün atamı öldürdüyümü deyə bilmədim", əlavə
edib.
Məhkəmə təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib.