64ae30a021ff7202307234832
Sevgilisini küçədə öldürən qadın - Ayrılmaq istədiyimi deyəndə... - DƏHŞƏTLİ TƏFƏRRÜAT - FOTO

Türkiyədə sevgilisi Mustafa Teksöyütü öldürən Esra A.-nın ilkin ifadəsi məlum olub.

Esra mərhumun evli olduğunu və bu evlilikdən 4, qeyri-qanuni nikahından isə 3 uşağının olduğunu biləndən sonra ondan ayrılmaq istəyib. "Onunla iki il əvvəl tanış olmuşam. Evli olduğunu bilmirdim. Daha sonra öyəndim ki, evlidir. Söz verdi ki, boşanıb mənimlə evlənəcək. Amma belə olmadı, onun təhdidlərindən təngə gəlib bir neçə ay öncə polisə müraciət etdim və onun haqqında "uzaqlaşdırma qərarı verildi". Yenə də əl çəkmirdi. Məni qızımı və anamı öldürəcəyi ilə təhdid edirdi, dəfələrlə iş yerimə gəlib şəxsi avtomobili ilə məni evinə aparırdı. Orada cinsi istismara məruz qalırdım", - deyə Esra əlavə edib.

Hadisə günü Mustafa öz avtomobili ilə Esranın avtomobilinin önünü kəsir və onlar mübahisə etməyə başlayırlar. Esra mərhumun evindən götürdüyü silahla ona 3 dəfə atəş açır. Mustafa xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmur. (milli.az)


12.07.2023 08:47
show 479