həbs
Sevgilisini boğub basdırdı - Azərbaycanda QANDONDURAN CİNAYƏT - FOTOLAR

2 il əvvəl itkin düşmüş Abşeron rayon sakini qəsdən öldürülməsi müəyyən edilib. 

Qlobal.net bildirir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2022-ci ilin may ayında itkin düşmüş Abşeron rayon sakini, 57 yaşlı Bahar Məmmədovanın qəsdən öldürülməsi aşkar edilib.

Bahar Məmmədovanın 2022-ci il mayında itkin düşməsi faktı üzrə Abşeron rayon Prokurorluğu və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Masazır qəsəbəsində birlikdə yaşadığı evdə tanışı 55 yaşlı Könül Baxşəliyevin qısqanclıq zəminində boğaraq qəsdən öldürməsi, sonra isə həmin evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Bahar Məmmədovanın meyitinin basdırıldığı yer Könül Baxşəliyevin istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq ekspert və prokuror-kriminalistin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Könül Baxşəliyev Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci  (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.


04.03.2024 13:49
show 770