64f17c8ab37d1202309235418
Sevgilisi tanımadığı maşından düşdü, qadın bıçağı götürdü və... - Bakıdakı qətl

Səbail rayonunda sevdiyi qadını qətlə yetirməkdə təqsirli bilinən Elnur Hümbətovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Qlobal.net xəbər verir ki, hadisə Səbail rayonu, Rəsul Rza küçəsi, 4 ünvanında baş verib. Elnur Hümbətov qısqanclıq zəminində qeyri-rəsmi nikahda olduğu 1989-cu il təvəllüdlü İlahə Ağayevanı qətlə yetirib. Cinayəti törətdikdən sonra polisə könüllü gələrək təslim olub.

İş üzrə dindirilmiş Elnur Hümbətov ifadəsində göstərib ki, şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olub. 

2014-cü ilin avqust ayında İlahə Ağayeva ilə sosial şəbəkədə tanış olub. Bir müddət ünsiyyətdə olduqdan sonra qadın ona tez-tez işləri ilə əlaqədar taksi lazım olduğunu dedikdə o, digər taksi sürücülərindən fərqli olaraq ucuz qiymətə hara lazım olsa, gedəcəyini bildirib və öz mobil nömrəsini ona verib. 

Təxminən 2-3 gün sonra tanımadığı nömrədən İlahə zəmg edin "Qara Qarayev" metro stansiyasının yanında kirayə yaşadığı mənzildən Səbail rayonunda yeni kirayə tutduğu mənzilə köçmək üçün onun köməyi lazım olduğunu bildirib. Qadının qaldığı evdə olan əşyalarını avtomobilə daşıyıb birlikdə onun yeni kirayə tutduğu evə gəliblər. 

Tanışlıqlarından 2-3 ay sonra İlahə ona vaxt aşırı müxtəlif şəxslərlə görüşdüyünü deyib. Amma İlahə bundan sonra yalnız onunla görüşəcəyini bildirib. Elnurun İlahə ilə münasibəti daha da ciddiləşib və onlar fikirləşiblər ki, bir yerdə yaşasınlar. Bundan sonra isə İlahə əvvəl etdiyi işlərdən ayrılsın. 

Elnur Hümbətov bildirib ki, bundan sonra təxminən 3 ay İlahənin evində yaşayıb. Mayın 5-i gecə saat 1 radələrində öz avtomobili ilə İlahənin yaşadığı məhəlləyə çatıb, onun evə gəlməyini gözləyib. Təxminən yarım saat sonra Ağayevanın yaşadığı blokun qarşısında tanımadığı ağ rəngli maşından düşüb bloka daxil olduğunu görüb və onun arxasınca gedib. Blokda salamlaşıb birlikdə evə qalxıblar. İlahəni gətirən avtomobilin kimə aid olduğunu soruşanda o, maşın sahibinin həkim olduğunu və onu işə düzəldəcəyini deyib. 

Ağayevanın sözlərindən sonra Elnur İlahəyə belə olan təqdirdə onun həyatında artıq olmayacağını və ona olan 1500 manat borcundan hələlik 300-400 manatı qaytarmasını, qalan hissəsini isə yavaş-yavaş verməsini bildirib. Qadın isə Elnura borcu olmadığını, aldığı xırda borcun əvəzində isə onunla yaşadığını və evində qaldığını deyib.

Bu zəmində baş verən mübahisə zamanı Ağayeva stolun üstündən bıçağı götürərək Elnurdan evi tərk etməyi tələb edib. Ardınca isə həmin bıçaqla yavaşca onun qarın nahiyəsinin sol hissəsindən vurub. Bunu görən Elnur bıçağı İlahənin əlindən alaraq əvvəlcə 2 zərbə onun sol əlindən endirib. Qadının ayaqları dolaşdığından o yerə yıxılıb və həmin vəziyyətdə onu söyməyə başlayıb. Ağayeva yerdə olarkən o, bıçaqla bir dəfə də onu vurub. Həmin vaxt bıçağın sapı qırılıb. Bundan sonra o, İlahəni yerdən qaldırıb çarpayıya uzadıb və əlləri ilə onun boğazından tutub söyüş söyməməsini tələb edib. Əynində olan ağ rəngli köynəyin qana bulaşdığını görən Elnur çarpayıda olan balışı İlahənin üzərinə atıb və otaqdan bayıra çıxıb.

Əllərini yuyub evdən çıxan Elnur Hümbətov yaşadığı evə gəlib əynini dəyişib. Platarları qan olduğundan ailə üzvlərinə küçədə dalaşıb bıçaqlandığını deyib və ona görə həkimə getmək istədiyini bildirib. İlahənin bıçaqla xəsarət yetirdiyi qarın nahiyəsinə iki tikiş qoyulduqdan sonra həkimlərə qadının yaşadığı ünvanı başa salıb oraya təcili yardım göndərmələrini xahiş edib. 
Artıq səhər saat 6 radələrində 39-cu polis bölməsində İlahə Ağayevanın ölməsi məlum olub. 

İfadəsinə əlavə olaraq Elnur Hümbətov göstərib ki, onun İlahəni öldürmək fikri olmayıb. 

İstintaqın sonunda Hümbətova qarşı CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Məhkəmə iclasında Elnur Hümbətov ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışlamadığını və ona ağır cəza verilməsini tələb edib.

Sonda məhkəmənin hökmü ilə Elnur Hümbətov 18 il müddətinə azadlıqdan məhrum olunub.

18.09.2023 07:59
2693