photo_80411517
Sevgilisi azərbaycanlı bloqeri xəncərlə öldürmək istədi - FOTOLAR

Bloqer Atlas Fərəcova sevgilisi tərəfindən döyüldüyünü iddia edib. 

Qlobal.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə o, idarə etdiyi “materazzi.13” adlı instaqram səhifəsində bildirib.

Fərəcova zorakılığa məruz qaldığını əks etdirən şəkilləri yayımlayıb və bunları yazıb: “İki gün əvvəl öz evimin həyətində 2 illik sevgilim tərəfindən vəhşicəsinə döyülmüşəm. Səsimə bacım çıxmasa, yanında gətirdiyi xəncərlə məni öldürəcəkdi. Məni heç kim bu şiddətə qarşı susdura bilməz və susmayacağam da”.

“Əlimdə müayinə nəticələri var, burnum 4 yerdən qırılıb. 6 ay sonra əməliyyat olunacam”, - deyə əlavə edib.

Bloqer Daxili İşlər Nazirliyinə müraciət edib. 





13.09.2022 13:30
show 212