"Mashup" layihəsi və "Xəyanət" dueti ilə daha çox sevilən Nihad Məlik və Aila Rai uzun müddət aralarındakı küsülülükdən sonra bir araya gəliblər.
Qlobal.net showclab-a istinadən xəbər verir ki, Ailanın "Kişilər" klipinin təqdimatında yenidən bir yerdə görünən gənclər obyektivlərə səmimi görüntülərlə tuş gəliblər.
Qeyd edək ki, hər iki gəncin duet oxuduqları müddət ərzində aralarında sevgi münasibətinin olduğu və qısqanclıq səbəbindən işbirliyini də bitirdikləri deyilirdi.
Həmin görüntüləri təqdim edirik: