Maraqlı

Sevdiyi zabitin arxasınca başqa ölkəyə köçdü, onun borclarını ödədi, dəlixanada öldü…

Yəqin ətrafınızda birinə kor-koranə, sonunu düşünmədən aşiq olan, hətta problemli insanlara xəstəlik dərəcəsində bağlanan insanlar olub. 

Bilmirik ki, bu hal “Adel” sindromu adlanır. Və bu sindrom məşhur yazıçı Viqtor Hüqonun qızı Adelin adını daşıyır. 

Bəs, bu sindrom necə yaranır? Niyə adı “Adel” sindromu adlanır? 
Qlobal.net “Adel” sindromu barədə tarixi faktları təqdim edir:

Yəqin ki, çoxunuz dahi yazıçı Viktor Hüqonun “Səfillər” romanının adını eşitmisiniz. Yazıçının qızı Adel Hüqo da psixologiyada «Adel sindromu” ilə məşhurdur.

Adel Viktor Hüqonun ən kiçik qızıdır. Çox baxımlı və istedadlı pianoçu olan Adel münasibətlərində də həmişə soyuqqanlı olub. Ancaq bir gün Albert adlı ingilis zabitə vurulur. Ona aşiq olur və bütün həyatını Albertə həsr edir. Bəzən sevilmək çoxunu bezdirir axı… 

Albert Pinson isə madmazelin məhəbbətinə qarşı biganə idi. Nə Adelin gözəlliyi, nə də yazıçının şan-şöhrəti zabitin ürəyini yumşalda bilmədi. Qarşılıqsız məhəbbət qızın ürəyini, beynini gəmirirdi, qız öz sevgisi uğrunda dünyadan vaz keçməyə belə hazır oduğunu gizlətmirdi. İngilis ordusunun leytenantı Albert Pinson xidməti vəzifəsiylə əlaqədar Kanadaya köçməli oldu. Fədakar Adel ailəsindən xəbərsiz leytenantın peşinə düşüb uzaq Kanadaya getdi, leytenantın yaşadığı yerə yaxın bir mənzil kirayələdi, bir neçə il burda yaşadı, ingilis zabiti yenə onu görməməzlikdən gəldi, zabit üçün dünyada Adel adlı bir insan yox idi, Adel isə hər fürsətdə Albert Pinsonun məşuqəsi olduğunu söyləyirdi. Adel Albertdən hamilə qaldığını, doğuş zamanı körpəsini itirdiyini ürək ağrısı ilə yeni qonşularına danışanda özünü ələ ala bilmirdi, hıçqırıqdan boğazı tutulurdu. Maraqlıdır, görəsən, madmazel Adel uydurduğu yalanlara inanırdımı? Ağlı başında, özünə hörmət hissini itirməmiş qürurlu bir xanım yəqin ki, xəyallar dünyasında yaşayırmış və irreal dünya onun üçün elə gerçək dünyadan başqa bir şey deyilmiş.
Bədbəxt qız Kanadadan yazdığı məktublarında Albertə ərə getdiyini və bu evlilikdə xoşbəxt olduğunu bildirirdi. Albert Pinson isə Adelin oyunlarından bezmişdi.
Albert Pinson başqa bir qadını sevirdi, onlar tezliklə evlənəcəkdilər, Adel vəkilinin hiyləgərliyi sayəsində işi elə qurdu ki, zabitin nikahı baş tutmadı.
Sonralar yenə Pinsonun xidməti yerini dəyişdirdilər və Adel yenə zabitin peşini buraxmadı. Madmazel Hüqo reallıq hissini itirmişdi, vaxtı ilə Paris gözəli kimi tanınan xanım üstünə-başına, yeməyinə-içməyinə fikir vermirdi, daim stress vəziyyətində olurdu, özünü-sözünü bilmirdi. Və əlbəttə ki, tez-tez xəstələnirdi. İş o yerə çatmışdı ki, Adel dərdindən dəli olduğu kişinin yanına yüngül əxlaqlı qadınlar gətirirdi, qumarda əli gətirməyən zabitin borclarını ödəyirdi…
Viktor Hüqonun xahişi ilə Adeli tapıb Parisə gətirdilər.
Dünya şöhrətli yazıçının qarşılıqsız məhəbbətdən ağlını itirmiş zavallı qızı Adel ömrünün qalan hissəsini ruhi xəstəxanada yaşadı, orda da qocalıb öldü…

Bəs, “Adel” sindromu niyə yaranır? Niyə bu hal ən çox gözəl və baxımlı xanımların başına gəlir?

Psixoloqlar deyir ki, uşaqlıqda valideyn qayğısı əksik olanda, ailə münasibətləri problemli olanda, valideynlərdən biri olmayanda yaxud uşaq özünün ailədə sevilmədiyini biləndə…

Sindrom özünü müxtəlif şəkillərdə büruzə verir: həddindən artıq qayğı-diqqət, onun üçün kor-koranə böyük xərclərə girmək, hətta sevgi obyektini mütəmadi izləmə. Bu sindroma yoluxan qadınların çoxu uşaqlıq vaxtında sevgidən uzaq olublar. Bəziləri isə tam əskinə həddən artıq sevgi görüblər…

“Adel” sindromuna yoluxanların ən çox gözəl və baxımlı qadın olmasının əsas səbəbi isə hər kəsin onları sevə biləcəyini düşünməsidir. 

Sindroma tutulmuş şəxs həyatda hər şeydən əlini üzür və ancaq aşiq olduğu şəxsə sevgi məktubları yazmaqla, hər yerdə onu izləməklə məşğul ömürlərini sürürlər. 

Övladı sevmək, saymaq, onu dinləmək və ona qayğı göstərmək lazımdır. Uşaqlıqda edilən hər bir düşünülməmiş reaksiya övladınızın gələcəyinə mənfi təsir edir!
 

Related Articles

Bir cavab yazın

Back to top button