65f93674db1f2202403245340
Sevda Kazımova: “Bir toydan 70 min manat pul qazandım” - GÖRÜN KİMİN TOYUNDA - VİDEO

“Gözümü açandan və bu sənətə gələndən hər zaman pul qazanmışam. Mənim toylarım bir fərqli olub. Mən hər dəvət aldığım məclisə getmirdim. Əgər məni qonorar baxımından razı sala bilirdilərsə, o zaman toya gedirdim”. 
Qlobal.net Bizim.media-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Kazımova “Space maqazin” verilişinə müsahibəsində deyib. 
Sənətçi bildirib ki, bir toydan 70 min manat qonorar alıb: “Mən çox “yaxşı” qiymətə toya getmişəm. Bütün musiqiçilərdən bilir ki, mən “dəhşət” pul qazanmışam. Bir toyda oxudum orada mənə 70 min manat pul verdilər. 7 “paçka” 100 manatlıq əskinası çantamın içinə qoydular. O zamanda mən sevinmədim. Çünki mənə hüzur lazımdır. Pulları mənim çantama qoyanda istədim onları qoyum kənara rəfiqəm o an mənə söylədi ki, “Seva dəymə o pullara, qoy qalsın”.  

19.03.2024 10:52
show 624