photo_65958395
Səttar Möhbalıyevin qohumu ŞƏHİD OLDU - FOTO

Ermənistan ordusunun son təxribatı nəticəsində şəhid olan hərbçilərimizin arasında millət vəkilinin qohum da var.

Qlobal.net bildirir ki, bu barədə Milli Məclisin deputatı Naqif Həmzəyev məlumat yayıb.

O,  Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərid Kamaləddin oğlu Möhbalının şəhid olması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyevə başsağlığı verib. 

Qeyd edək ki, Möhbalı Fərid Kəmaləddin oğlu Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyevin yaxın qohumudur. O, deputatın əmisi nəvəsidir.


 

13.09.2022 11:49
show 186