rəqsanə

Sərxan Rəqsanənin və həyat yoldaşının elə bir səsyazısını yaydı ki... - VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanovla aparıcı Sərxan Kərəmoğlu arasında qalmaqal yaşanıb. 

Qlobal.net xəbər verir ki, Sərxan bu dəfə qarşı tərəfin ona göndərdiyi səsyazılarını paylaşıb. 
Sərxan paylaşımına "Xanımlar baxmasın. Sizə qurban olum, şərə düşmüşəm. Allah kimsəni şərə salmasın. Fazil Əmiraslanovun səsi 15.10.2022 saat 11:10 Moskva vaxtı ilə" sözlərini yazıb. 
Qeyd edək ki, Sərxan “MTV maqazin”ə "Bu evliliyə inanmadım. Aysunun yanındakı bəyə inanmadım. Bilmirəm kim kimin oyununa gəlib, amma başdan ayağa oyun idi. Bu oyuna inanan da axmaq idi. Aysun bir ad xatirinə evlənmiş olsaydı, davam edərdi, uşaq dünyaya gətirərdi və ayrılardı. Aysunda biclik yoxdur. Aysunun ağlı olsaydı bu addımı atardı. Onsuz şou-biznesdəkilər uşaq və ərə getmə adı xatirinə ərə gedir. Başqa istəyənə rahatlıqla razılıq versin. Aysun o biclikləri etsəydi, ana olardı" sözlərini deyib. O, eyni zamanda Rəqsanə haqda “Şam ola, müqəddəs ola, rəhmətə gedərəm, yenə də Rəqsanənin bir kəlməsinə inanmaram” açıqlamasını verib. 
Videoda qeyri-etik ifadələr olduğu üçün səs alınıb.

17.10.2022 18:12
show 2037