6426c92f9b5cd202303235111

Sərxan Kərəmoğlu plastik əməliyyat KEÇİRDİ - VİDEO

Aktyor və aparıcı Sərxan Kərəmoğlu plastik əməliyyat keçirib. 
Qlobal.net  xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında videoaçıqlama yayıb. 
Göz qapaqlarında və üzgərmə cərrahi müdaxilədən sonra yeni görüntüsünü paylaşan Sərxan əməliyyatından söz açıb: “İndi başlayacaqlar deməyə ki, nə ehtiyac var idi əməliyyat etdirməyə. Bu kimi fikirlərinizi saxlayın dədənizə, nənənizə. İnsan özünə, bədəninə, ruhuna hörmət etməlidir. Mən də özümə hörmət edirəm. Yaşlı görsənmək istəmirəm. Gözümün üstündə ət vardı, sallanırdı. 13 il əvvəl gözümün üstündəki əti əməliyyatla götüzdürmüşdüm.
Amma yenə də əmələ gəldi və altı ay idi ki, sallanırdı. Həmin əti gözümün üstündən götürdüm (blefaroplastika əməliyyatı – red.). Əməliyyatımın üstündən yeddi saat vaxt keçib. Üzümə çox sayda botoks etdirdim ki, qırışlar aradan qalxsın. Amma yaş öz sözünü deyir. Heç bir ağrım yoxdur. Heç ağlıma da gəlməzdi ki, əməliyyat belə asan olacaq”.  (bizimmedia)



31.03.2023 15:49
show 1058