Türkiyənin Nevşehir vilayətində 84 yaşlı Nadirə nənənin davranışı gündəm olub.
Qlobal.net xəbər verir ki, o, yaşlı olmasına baxmayaraq, belinə qoyduğu yorğanı zəlzələlərdən zərər çəkənlərə yardım məqsədilə yardımların toplandığı Derinkuyu bələdiyyəsinin nəzdindəki mərkəzə gətirib. Nənənin davranışı görənləri duyğulandırıb.
Gördüyü mənzərə qarşısında duyğulanan Derinkuyu bələdiyyə başçısı Bülənt Aksoy qeyd edib: "Nadirə nənəmiz evindəki əlavə yorğanı toplama mərkəzinə qədər heç kimə vermədən kürəyində gətirdi. Nə qədər ki, bu ruh bu ürək var, bu məmləkətin Nadirə nənələri bitməz. Nadirənin əllərindən öpürəm”.
Qeyd edək ki, azərbaycanlı Sərvər Bəşirlinin köhnə maşını ilə Türkiyədəki zəlzələlərdən zərərçəkənlər üçün yorğan daşıması Azərbaycanla yanaşı Türkiyə mediasında gündəm olmuşdu.