Şərurlu İsfəndiyarla bağlı ŞOK SÖZLƏR: “Bir evi 5 adama satırdı”

Şərurlu İsfəndiyarla bağlı ŞOK SÖZLƏR: “Bir evi 5 adama satırdı”

Son günlər ölkə gündəmini zəbt edən iş adamı İsfəndiyar Axundov (“Şərurlu İsfəndiyar”) övladlarına saxta yolla, rüşvətlə diplom aldığını deyib.

Onun dediyi sözlər müzakirələrə yol açıb.

Sabiq Təhsil naziri Misir Mərdanov İsfəndiyar Axundovun dediklərinin həqiqətə uyğun olmadığını bildirib:

“Əvvəla, onu qeyd edim ki, Azərbaycanda heç vaxt diplom satılmayıb. İnsanlarda yanlış fikir formalaşdırırlar. Necə yəni diplomu alıb?! Bəli, ola bilər, onun övladı universitetə hansısa yolla qəbul olub, amma dərsə getməyib və ya az gedib. Lakin dərsə gəlmədiyi halda saxta qiymətlər yazılması mümkündür. Qiymətləri yazıldığı üçün də onlara diplom verirlər. Bu, o demək deyil ki, nazir kiməsə diplom satıb. Adam çıxıb ağzına gələni danışır, saytlar da bunu tirajlayır. Belə şey yoxdur, heç vaxt da olmayıb. Nə məndən öncə, nə mənim zamanımda, nə də məndən sonra”.

Sabiq nazirin sözlərinə görə, kiminsə saxta yolla diplom almasında nazirin məsuliyyəti yoxdur:


Misir Mərdanov İsfəndiyar Axundovu insanları aldatmaqda günahlandırıb:

“Şərurlu İsfəndiyar camaatla bir növ oynayır. Vətəndaşların başına oyun açan birindən nə gözləyəsən? İsfəndiyar Axundov bir evi beş adama satan biridir. Elə bilir ki, bu özü bir evi beş adama satdığı kimi, diplom da satılır”.

Related Articles

Bir cavab yazın

Back to top button