6675479269b57202406242746
Sertifikasiyadan 60 bal toplayan müəllim KİMDİR? - "Elə də çətin deyildi, amma..."

Xəbər verdiyimiz kimi, sertifikasiya prosesinin test imtahanı mərhələsinə başlanılıb. 

Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Saidə Bayramova sertifikasiyadan 60 bal toplayıb. 

Müəllim imtahanla bağlı təəssüratlarını bölüşüb. O qeyd edib ki, ixtisasla bağlı suallar çox asan olub: "Kurikulum sualları isə bir az düşündürücü olsa da, elə də çətin deyildi. Düşünürəm ki, 60 balı toplamaq çətin deyil. Bundan öncə sınaq imtahanlarında iştirak edən zaman 1-2 səhvim olurdu. Ona görə də maksimum nəticə göstərəcəyimə əmin deyildim. Amma imtahana daha diqqətli və ciddi yanaşandan səhv etməmək mümkün imiş".

21.06.2024 14:00
show 1262