Cəmiyyət

Sərnişinlərin NƏZƏRİNƏ: Avtobuslarda limit tətbiq olunacaq, ödəniş isə…

Bakıda və bölgələrdə avtobusların sıxlığı ilə bağlı ən çox müzakirə edilən məsələlərdən biri də sərnişin limitinin tətbiq olunmamasıdır. Bəzən 50 nəfərlik avtobusa daha çox sərnişinin minməsi narazılıqlara səbəb olur. Maraqlıdır, niyə kart sistemi müəyyən saydan artıq sərnişinin girişini avtomatik bloklamır?

Qlobal.net xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, əgər avtobuslar qrafik üzrə vaxtında fəaliyyət göstərsə, əlavə limit tətbiqinə ehtiyac yaranmaz:

“Avtobuslar vaxtı-vaxtında işləsə, qrafikə əməl olunsa, heç limit məsələsi ortaya çıxmaz. Mənim zənnimcə, inkişaf etmiş ölkələrin əksəriyyətində də avtobuslarda sərnişin limiti tətbiq olunmur. Xüsusilə, Avropa İttifaqına daxil olan bəzi ölkələrdə limit yalnız avtobusların xəttə buraxılması zamanı şirkət qarşısında öhdəlik kimi qoyula bilər”.

Ekspertin sözlərinə görə, əslində reallıqda hər avtobusda 10-20 sərnişin olmalıdır kimi bir qayda yoxdur:

“Belə bir məsələ dünyada demək olar ki, mövcud deyil. İnkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda da sərnişindaşıma əsasən paytaxtın üzərinə düşür. Bölgələrdə isə limit tətbiqinə ehtiyac yoxdur və bu, real vəziyyətdən də uzaqdır”.

anar

Aslan Əsədov əlavə edib ki, Azərbaycanda avtobusların əksəriyyəti günün yalnız pik saatlarında – səhər və axşam yüksək doluluqla işləyir:

“Günün digər saatlarında avtobuslar boş olur. Ona görə də limit tətbiqinin funskionallığı və effektivliyi mübahisəlidir”.

Ekspertin fikrincə, sərnişin sıxlığının aradan qaldırılmasının ən effektiv yolu qrafikə əməl olunması və avtobusların sayının artırılmasıdır.

Related Articles

Leave a Reply

Back to top button