Paytaxt küçələrinin birində sərnişin avtomobil hərəkətdə olarkən özünü yola atıb.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.
Görüntülərdə Toyota "Prius" markalı avtomobilin ön oturacağında əyləşən şəxsin özünü çölə atdığı əks edilib.
Bildirilir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
İddialara görə, buna səbəb sürücü ilə sərnişin arasında mübahisə baş verməsidir.
Sözügedən videonu təqdim edirik: