6582e144ef82c202312234244
“Seriala baxdım, təzyiqim qalxdı, aktrisa mənə pul ödəsin” – Kuryoz şikayət

Özbəkistanda seriala baxan kişi film qəhrəmanının hərəkətindən özünü pis hiss edib və ona görə də baş rolu oynayan aktrisadan müalicəsi üçün pul tələb edib.

Qlobal.net musavat.com-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan videoda "Alfons" serialında rol alan özbək aktrisanın hərəkətlərinə görə səhhətinə dəyən ziyan üçün təzminat tələb edən tamaşaçının polisə şikayət etdiyi bildirilir.

"Məni polis şöbəsinə çağırdılar. Məlum oldu ki, mənim əleyhimə ərizə yazıblar. Bir tamaşaçı seriala baxarkən çox əsəbiləşib, qan təzyiqi qalxıb, dərman və iynə ala bilməyib. Bütün bunlara görə o, mənimlə olan səhnəni günahkar sayıb və qərara gəlib ki, onun müalicəsi üçün pul ödəməliyəm", - aktrisa sosial şəbəkədə bildirib.

Şərhlərdə serialla tanış olan insanlar aktrisanın oynadığı personajın hərəkətini ciddi şəkildə pisləyib və ərizəçi ilə həmrəylik mövqeyini bildiriblər.

Digər internet istifadəçiləri isə bunu aktrisanın özünə və seriala diqqət çəkməsi üçün düşündüyü PR fəndi adlandırıblar. Bəzi şərhçilər isə yazıblar ki, bu ifadə filmin süjet xəttinin parlaq illüstrasiyasıdır: serial necədirsə, tamaşaçılar da elədir. 

20.12.2023 16:56
show 466