63cc0aff76255202301235543
Serenayın taxdığı boyunbağının qiyməti DODAQ UÇUQLATDI - FOTOLAR

Tanınmış aktrisa Serenay Sarıkayanın baş rolda olduğu "Şahmaran" filminin qala gecəsində taxdığı boyunbağının qiyməti məlum olub.

Qlobal.net xəbər verir ki, aktrisanın qara, transparan əlbisəsinin üzərindən taxdığı boyunbağının dəyəri 30 milyon türk lirəsidir (təxminən 2 milyon 712 min manat). Boyunbağının qiyməti aktrisanın qaladakı geyimi qədər müzakirələrə səbəb olub.

Qeyd edək ki, iki gün öncə keçirilən qala gecəsində Serenay tərəf müqabilləri - aktyorlar Burak Deniz və Mert Ramazan Demir ilə də pozalar verib.

21.01.2023 19:55
show 1483