İstanbul Cümhuriyyət Prokurorluğu sosial mediada “qanunsuz mərc oyunlarına təşviq etmə” maddəsi ilə istintaq başladıb.
NTV xəbər verir ki, istintaq çərçivəsində məşhur aparıcı Mehmet Ali Erbil daxil olmaqla 15 nəfər saxlanılıb.
Qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olduğu deyilən müğənni Serdar Ortaçın isə axtarışda olduğu bildirilib. (qafqazinfo)
***
Serdar Ortaç və aparıcı Mehmet Ali Erbilin də olduğu 20 şübhəli şəxs saxlanılıb.
Qlobal.net xəbər verir ki, İstanbul Respublika Prokurorluğu qeyri-qanuni mərc oyunlarını təşviq etmə iddiası ilə bağlı apardığı istintaqda, aralarında blogerlərin və bəzi məşhur adların da olduğu 20 şübhəli müəyyən edib.
Əməliyyat zamanı aralarında Mehmet Ali Erbil və Serdar Ortaç da daxil olmaqla 15 şübhəli saxlanılıb.
Polisin digər şübhəlilərin tutulması istiqamətində tədbirləri davam edir. (milli.az)