Qeyri-qanuni mərc oyunları reklam edərək insanları həvəsləndirmək ittihamı ilə 3 ilə qədər həbs cəzası alan Serdar Ortaç barəsində çıxarılan "ev dustaqlığı" məhkəmə nəzarəti tədbiri ilə ləğv edilib.
Qlobal.net xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, bu qərardan sonra məşhur müğənni bağlanan sosial media hesablarını yenidən aktivləşdirib. Ortaçın paylaşdığı ilk mesaj isə diqqət çəkib.
Videomüraciətində Serdar Ortaç keçirdiyi çətin günlərdən danışaraq peşmançılığını dilə gətirib:
"Bu hadisə mənim üçün böyük bir dərs oldu. 30 il içdim və bir gecədə bu vərdişdən imtina etdim. Başıma gələnlər hər kəsə dərs olsun. Hamı tövbə etsin və bundan ibrət alsın".