664f66ee0a259202405245526

Sərdar Ortac səhnəyə içkili çıxdı - VİDEO

Sərdar Ortaç səhnəyə sərxoş çıxıb, ayaqüstə durmaqda çətinlik çəkib.

Qlobal.net yenisabah.az-a istinadla xəbər verir ki, ifaçı ayaq üstə dayanmaq üçün səhnədəki rəqqasələrdən kömək alıb. Daha sonra o “Allah bu içkinin bəlasını versin” -, deyə bildirib.

Müğənni ifa etmək istəsə də, oxuyacağı mahnının sözlərini unudub.

Görüntülər qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq ciddi müzakirələrə səbəb olub. Pərəstişkarları Sərdarın getdikcə özünü daha da biabır etdiyini bildirərək onu tənqid atəşinə tutublar.

Həmin kadrları təqdim edirik:


23.05.2024 19:54
show 290