6516f9c05959f202309232224

Separatçılar yalvarmağa BAŞLADI

Samvel Şahramanyan separatçı rejimin rəhbərliyini Qarabağdan təhlükəsiz şəkildə çıxarmaq üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparır.

Qlobal.net news24.az-a istinadən xəbər verir ki, bu barədə "Hayeli.am" məlumat yayıb.

Nəşrin məlumatına görə, separatçıların keçmiş üç başçısı - Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan, "keçmiş xarici işlər naziri" Davit Babayan həbs təhlükəsi ilə üz-üzədir. 

"Hazırda həmin şəxslərin Qarabağda olduğu bildirilir. Bundan başqa, "Röyter"in məlumatına görə, Azərbaycanda həbs ediləcək 200-ə yaxın hərbi cinayətkarın siyahısı var. Davit Babayan artıq təslim olacağını dünən bəyan edib. Mənbə digər separatçı - Artak Beqlaryanın isə harada olduğunu bilmir", - deyə sayt bildirib.

29.09.2023 20:20
show 940