Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının meyiti Azərbaycan tərəfinə təhvil verilib.
Qlobal.net Trend-ə istinadən bildirir ki, bunu Baş prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O xatırladıb ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırılmalar davam etdirilir.