photo_41731606
SENSASSİYA! Əvəz Zeynallının səsini qol saatında yerləşdirilən cihazla kim yazıb?

Hazırda külli miqdarda rüşvət alma ittihamı ilə 4 ay müddətinə həbs olunan jurnalist Əvəz Zeynallı ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Əvəz Zeynallı həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən pul alarkən onun səsini vəkil Elçin Sadıqov özünün  "aple"markalı səs yazan saatında qeydə alıb.

Bu barədə Sevinc Osmanqızının canlı yayımında  jurnalist Eynulla Fətullayev məlumat  verib.Eynulla Fətullayev bildirib ki, bu barədə məlumatı ona hazırda həbsdə olan vəkil Elçin Sadıqov özü bildirib.

"Elçin mənə bildirdi ki, Əvəz Zeynallı Rasim Məmmədovun ailəsindən pul tələb edirdi.Mənim vasitəmlə 20 min manatı ona verdilər.Bütün bunların məndə səs yazısı var"

Eynulla Fətullayev bildirib ki, Rasim Məmmədovun ailəsindən alınan 20 min manat daha sonra  özlərinə qaytarılıb.

12.09.2022 21:40
show 197