Şou-biznes
Sənin başın üçün deyil ki, məndə səhv tutasan – Manafdan Aqşinə SƏRT CAVAB

“Sən oturmusan orada mənimlə “borzu, borzu” danışırsan. Sən mənimlə danışırsan ee, uşaq-muşaqla danışmırsan”.
Qlobal.net bildirir ki, bunu müğənni Manaf Ağayev “Öz aramızda” verilişində deyib.
O, meyxanaçı Aqşin Fatehin onun haqqında dediklərini də cavabsız qoymayıb:
“Mənim 62 yaşım var. Sənin başın üçün deyil ki, məndə səhv tutasan. Mənim səninlə işim yox idi, amma bundan sonra olacaq. Mən onun elə oturub danışdığını görməmişdim. Danışanda bil kimin haqqında danışırsan. Dediklərinə cavab gələ bilər, ya yox. Özü də musiqini bilməyən adam gəlib başını soxub “Şahnaz”dan danışır. İndi mənim də dostlarım mövzuya qarşısa, sən nə edəcəksən? Dura biləcəksən qarşısında? Sən muğam bilirsən?”.
Посмотреть эту публикацию в Instagram