"Rəngarəng" verilişini aparmağa başlayandan səndən gözüm su içmir! Saqqallı böyük başın, danışanda dilinin sağa-sola çətinliklə dönməsi, böyük-böyük "kəsib-doğramağın", qaba yerişin-duruşun, bayağı, şit gülüşün, mənasız-məntiqsiz "düşüncələr" irad etməyin... göstərir ki, sənin savadın, biliyin, ağılın yerində deyil!”
Bu sözləri “Yeni Sabah”a yazıçı Xeyrəddin Qoca söyləyib.
O, teleaparıcı Zaur Nəbioğlu ilə bağlı fikirlərinə belə davam edib:
“Eşitmisən ki, xaricdə bəzi adamlar it, ilan, qurbağa əti yeyirlər, utanmadan, çəkinmədən, tərbiyəsizcəsinə qurbağanı bişirtdirib müğənni Hissə yedizdirirsən! Bununla da maraqlı veriliş hazırladığını düşünürsən. Bilirsənmi, iyrənc verilişlər hazırlayırsan? Sənin verilişlərinə baxmaq mümkün deyil! Müğənniyə (oxuyana) qurbağa yedirdizməyin sənin səviyyəsizliyindən, düşüncəsizliyindən, heç bir dünyagörüşünün olmamasından xəbər verir! Utanmırsan, çəkinmirsən, gənc qadının gözünü qara əski ilə bağlayıb, ona qurbağa əti yedizdirirsən, onu da, tamaşaçıları da iyrəndirirsən? Onsuz da, tamaşaçılar sizin kimilərinin verilişlərindən çoxdan iyrəniblər!”
Xeyrəddin Qoca cavab tapa bilmədiyi sualları da vurğulayıb:
“Mən bir suala cavab tapmaqda çətinlik çəkirəm: Dəvət etdiyin qonaqlar sənin verilişinə niyə gəlirlər? Təxmin edirəm ki, yalnız özlərini göstərməyə gəlirlər. Çünki, onların çoxu sənətkar deyil, onları heç tanıyan da yoxdur!
Yaxşı, bütün bunları kənara qoyaq, sənin kimilərini televiziyalara necə işə götürürlər? İşlədiyin televiziyanın rəhbəri şəxsən sənin hərəkətlərinə necə baxır?
Belə çörək qazanmaq kişiyə yaraşmaz! Xalqdan, abır-həya edin, utanın, çəkinin!
Nəhayət, özünüzə gəlin!”