65853954edc66202312232300
"Səni axtarıram"dakı bu görüntü gündəm oldu :"Niyə yalandan ağlayırsan?" - VİDEO

"Səni axtarıram" verilişində qonaq olan aparıcı Sərxan Kərəmoğlu ilə proqrama gələn Gülxanım adlı qadın arasında mübahisə düşüb.

Qlobal.net axşam.az-a istinadla xəbər verir ki, övladlarının ondan imtina etdiyini eşidən Gülxanım adlı qadın ağlamağa başlayıb. Həmin an Sərxan yerindən duraraq qadına yaxınlaşıb və onun yalandan şou göstərdiyini deyib.

"Baxın görün onun gözündən bir damcı yaş çıxır? Göstərin, hanı gözündəki yaş? Hanı gözündəki yaş, niyə yalandan ağlayırsan? Camaatın duyğuları ilə niyə oynayırsan? Artist" deyib.

Həmin an qadın Sərxana hücum edib, sonra studiya gedib.

Sərxan isə "Sən Azərbaycan anası, qadını ola bilməzsən" deyib.

Studiyada olan hər kəs bu mübahisəyə gülüb.

Həmin görüntülər ötən gündən sosial şəbəkədə paylaşılaraq, yüzlərlə şərh yazılıb.



22.12.2023 11:22
show 994