Şou-biznes

Sənətimə, əsərimə qiymət verməyiniz üçün siz… – Aqşindən Əməkdar artistə qarşı HÖRMƏTSİZLİK

Əməkdar artist Gülüstan Əliyeva “Rəngarəng” verilişinə telefon zəngi ilə qoşularaq meyxanaçılar Aqşin Fatehlə İfrat Dünyamalıyevin oxuduqları mahnıya münasibət bildirib.

Qlobal.net xəbər verir ki, meyxanaçıların həmin mahnını “əsər” adlandırması G.Əliyeva tərəfindən birmənalı qarşılanmayıb və tərəflər arasında gərginlik yaranıb.

“Onlarla heç bir şəxsi-qərəzliyim yoxdur. Amma hər şeyin öz adı var. Onlara “əsər” deyirlərsə, bəs əsərlərə nə deyək? Fateh tipdə oxuyanlar sosial şəbəklərdə böyük-böyük danışırlar. Ayıbdır. Əsər deyil, sadəcə olaraq bir mahnıdır oxuyurlar, çörəklərini qazanırlar, gedir. Haraya gəldi baş qoşmayın “deyə, sənətçi bildirib.

A.Fateh onun sözünü kəsib:

“Gülüstan xanım, bu verilişə reytinq tutmaq üçün zəng vurmusunuz? Sizə müğənni, sənətçi və bir xanım kimi hörmətimiz var. Qaldı ki, mənim sənətimə, əsərimə qiymət verməyiniz üçün siz söz xiridarı olmalısınız. Bu verilişə niyə zəng vurmusunuz? (mikrofonu söndürülür)…”.

“Mənim bu mahnıya qiymət verməyim şərəfdir” deyə, söyləyən G.Əliyeva ilə olan telefon bağlantısı yarıda kəsilir. 

Aqşin sənətçinin fikirlərinə sərt reaksiya verib:

“Gülüstan xanım əvvəl bilməlidir ki, söz nədir. Siz heç bilmirsiniz bunu. Meyxanaçı bir şeyi oturub yazırsa, deməli sözü bilir. Sizin amma xəbəriniz yoxdur, reytinq üçün zəng vurmusunuz ki, iki kəlmə söz deyəsiniz. Aparıcı da odun üstünə benzin töküb qızışdırsın. Bunu sizin xanımlığınıza yaraşdırmadım. Ayıb olsun”. (axşam.az)

Related Articles

Bir cavab yazın

Back to top button