637dd19007653202211225352
Sənətçilərimizdən 18+ görüntü ... - VİDEO

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrının “Çıxış yoxdur!” fəlsəfi dramının növbəti tamaşası keçirilib.

Qlobal.net olay-a istinadən xəbər verir ki, Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa məşhur fransız yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Jan-Pol Sartrın “Bağlı qapılar arxasında” əsəri (1944) əsasında hazırlanıb.

Tamaşada rolları Elşən Əskərov, Lalə Süleymanova və Səmayə Qulamova (Ağayarova) canlandırır. Gənc sənətçilər 18+ tamaşada performansları ilə yadda qalıblar. Əsərdə üç şəxsin zəncirvari şəhvət hissi xüsusi vurğulanıb. Tamaşadakı cəsarətli sevişmə səhnələri də diqqət çəkib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq üzrə rəssamı Binyamin Sailovdur.


23.11.2022 11:52
1157