Belə olan təqdirdə insanları düşündürən bir sual yaranır ki, kupçasız, yəni çıxarışı olmayan ev rəsmi qeydiyyata düşməyibsə, kimin mülkiyyətində sayılır?
Məsələ ilə bağlı Referans.az-a danışan Daşınmaz Əmlak Məsələləri üzrə ekspert Elnur Fərəzliyev bildirib ki, həmin evlər hələ rəsmi qeydiyyata düşmədiyindən heçkimin mülkiyyətində sayılmır və qanunsuz tikili hesab olunur: “Bu gün Azərbaycanda əsasən də paytaxt Bakı ərazisində 500 mindən artıq çıxarışsız evlər var. Buna həm fərdi həyət evləri, həm də yeni tikili binalardakı çıxarışsız mənzilləri aiddir. Çaxarışsız evlərdə əmlak sahibi dünyasını dəyişdikdən sonra vərəsələr arasında qalmaqal yaranır və iş məhkəməyə getdikdə o əmlakın bölgüsündə ciddi problemlər yaranır, çünki əmlakın mülkiyyət hüququ tanınmır. Yeni tikili binalardakı mənzilləri MTK və MMC satır, onlar vətəndaşın adına olan müqavilə verir. Həmin müqavilə də MTK və MMC rəhbərliyinin öz səlahiyyətində olan bir müqavilədir. Daha sonra isə qərar aidiyyatı dövlət qurumları tərəfindən qəbuldan keçdikdən sonra binaya çıxarış veriləndə vətəndaşlar da öz əmlaklarına çıxarış ala bilirlər. Amma bəzi binalar var ki, uzun illərdir onlara çıxarış verilmir. Bakıətrafı və Abşeron ərazisində, eyni zamanda şəhərin mərkəzi hissələrinə yaxın yerlərdə Yasamal, Sovetski, Alatava və digər sıx yaşayış massivləri var ki, onların yaşı bəlkə də, yüzü ötür. Sadəcə nəyə görəsə bu ərazilərə çıxarış verilmir, çıxarışı olanlar da çox az saydadır”.
Çıxarışsız evlərdə yaşayan vətəndaşların əsas problemlərindən birinin də qeydiyyatla bağlı olduğunu deyən ekspert həmin evdə yaşamaq üçün qeydiyyatdən keçməyin çox çətin bir proses olduğunu qeyd edib:
“Əsas problemlərdən biri də kupçasız evlərdə qeydiyyata düşmək məsələsidir. Belə deyək ki, ailə üzvlərindən biri ailə qurur evlənir, nikaha girir və həyat yoldaşını öz evinə qeydoyyata sala bilmir. Yəni qeydiyyatla bağlı da problemlər yaranır”.
Çıxarışsız evlərlə bağlı ciddi problemlərin olduğunu deyən ekspert bu sahədə görülən işlərə etinatsız yanaşıldığını bildirib. Onun sözlərinə görə, ölkə başçısının bu sahədə ciddi tədbirlərin görülməsini tapşırmağına baxmayaraq hələdə də kupçasız evlər mövzusu böyük bir problem olaraq qalır – deyə Ekspert bildirib.