Sənədsiz
evlərə sənədlərin verilməsi ilə bağlı məsələ daim müzakirə obyektidir. Sənədlərin
verilməsi ilə bağlı qərarın qəbulundan iki ildən çox vaxt keçməsinə baxmayaraq,
hələ də Azərbaycanda sənədləşmə prosesi başa çatmayıb.
Məsələ
ilə bağlı deputat Vahid Əhmədov Referans.az-a bildirib ki, sənədləşmə ilə əlaqədar
müəyyən işlər görülüb, lakin bəzi proseslər var ki, bunlar uzun zaman tələb
edir:
“Əmlak
Məsələləri
üzrə Dövlət Komitəsi tərəfindən təxminən 55 minə yaxın evə sənəd
verilib. Amma
yenidən bu məsələ gündəmə gəlməlidir. Dövlət başçısının da bununla
əlaqədar
xüsusi göstərişləri var. Həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də Dövlət
Əmlak
Xidməti bu məsələdə daha ciddi fəaliyyət göstərməlidirlər. Çünki elə
evlər var
ki, onlar qaz, neft borularının üzərində, elektrik xətlərinin altında
tikilib.
Əldə olan məlumata görə, sənədsiz evlərin sayı olduqca çoxdur. Təxminən
250-300 min əmlakdan söhbət gedir. Təbii ki, bu əmlaklara sənəd
verilməlidi. Bu
qısa müddətdə həyata keçirilə biləcək bir proses deyil. Çünki hər bir ev
yoxlanışdan keçirilir. Elə ərazilər var ki, orada ev tikməyə icazə
yoxdur. Ola
bilər ki, qanunsuzluq olunub, belə torpaqlarda ev tikmək üçün müəyyən
qurumlar
tərəfindən icazə verilib. Bu cür evlərlə bağlı araşdırmalar aparılır və
bu vaxt tələb
edir”.
Deputat əlavə olaraq qeyd edib ki, qanunsuz ərazilərdə tikilən evlərə sənəd verilməsində çətinliklər də yarana bilər. Böyük ehtimal, belə hallar dövlət tərəfindən nəzərə alınacaq və müəyyən tədbirlər görüləcək.