Sən kimsən? Adı it dəftərində də yoxdur – Tolik ƏSƏBİLƏŞDİ

Aparıcı Tarix Əliyev müğənni Rza Tamerin lirə Azərbaycanda keçmədiyi üçün Bakı konsertini ləğv etməsinə irad bildirib.
Qlobal.net xəbər verir ki, bu barədə o, “Instagram”da video paylaşıb.
Tolik bildirib ki, Tameri “küçə müğənnisi” adlandırıb:
“Bəzi özəl restoranların müdirlərinə səslənirəm, hər küçədən keçəni Azərbaycana bəh-bəhlə gətirib, başımıza otuzduracaqsızsa, daxili işlərimizə burunlarını soxacaqlarsa, biz də sizi boykot edəcəyik”.
“Bunun küçə söhbətinə bax! Sən kimsən?! Səni adam yerinə qoyub dəvət edirlər, şərt kəsirsən. Sən get öz ölkəndəki problemləri həll etməyə çalış, gör, sözün haradasa keçir?
Bizim bəzi restoran işlədənlər, xüsusilə də “meyhane” tipli məkanlar Türkiyədə adı it dəftərində olmayanları gətirib bəh-bəhlə sırıyırlar. Bundan sonra bu Rza Tameri kim Azərbaycana gətirsə, o restoranı boykot edək”.