“Sən belə böyük sənətkarsansa...” — Faiqdən Brillianta SƏRT CAVAB
Xalq artisti Faiq Ağayev həmkarı Brilliant Dadaşovanın onun haqqında dediklərinə cavab verib.
Qlobal.net xəbər verir ki, müğənni bu haqda "Birinci TV" adlı
yutub layihəsində danışıb. O, ad çəkmədən heç vaxt heç kimi tədbirdən
uzaqlaşdırmadığını söyləyib:
"Elə müğənnilər var ki, mənim adımı eşidən kimi deyir, sizə ikiqat
endirim edirəm, o, gəlməsin. Heç vaxt şərt qoymuram. Heç kimin varlığı
mənə darlıq gətirmir. Rahat çıxıb oxuyuram. Əgər toy idarə edirəmsə,
xoşuma gəlməyən müğənni yarım saatlıq ifa üçün gəlirsə, mən onun dua
edirəm. Çünki o yarım saata istirahət edəcəyəm. Amma elələri var ki,
deyir, o bura gəlsə, üstümə benzin səpərəm. Heç kim də benzini vermir
onun əlinə ki, götürüb özünü yandırsın, canımız qurtarsın ondan (gülür).
Bu yaxınlarda da biri elə şey dedi. Axırda nə oldu? Müslüm Maqomayev
kimi sənətkarın yubileyində mən var idim, o yox idi. Sən belə böyük
sənətkarsansa, səni də ora dəvət edərdilər".
Qeyd edək ki, B.Dadaşova F.Ağayev haqda suala "O çıxdığı proqramlara heç
vaxt çıxmıram. Hətta məndən bir ay əvvəl çıxsa belə, o verilişə
getmərəm. Bu yaxınlarda Eldar Mansurovun yubileyi oldu, oraya mən
getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim" cavabını
vermişdi. /axsam.az