Şou-biznes

Sən açdın baldırlarını, qoydun çöldə – Rəqsanədən Nigara CAVAB

Müğənni Rəqsanə İsmayılova Xalq artisti Alim Qasımovun qızı Fərqanə Qasımova ilə Nigar Camal arasında baş verən qalmaqala münasibət bildirib.

Qlobal.net xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında keçirdiyi canlı yayımda danışıb.

Rəqsanə hər iki ifaçının tanınmış və sevilən sənətçilər olduğunu qeyd edərək onların münasibətində daha diqqətli olmalarını tövsiyə edib:

“Bu dəqiqə bütün ölkə bu məsələni müzakirə edir. Düzdür, Nigar Camal vaxtilə ölkəmizin bayrağını Avropada dalğalandırıb, dünyada tanınan sənətçidir. Amma Fərqanə Qasımova da dahi sənətkar Alim Qasımovun qızıdır, kifayət qədər də sevilir. Hər halda həqiqəti demək lazımdır.

Ay Nigar, sənin ayaqların yanmasın. Sən açdın baldırlarını, qoydun çöldə, Fərqanə xanım da belə danışdı. O nə əməliyyat etdiribsə, heç birini açıb ortalığa qoymayıb, hamısını örtülü saxlayıb. Sənin durub o boyda Xalq artistinin qızı haqqında danışmağın yersizdir.

Bir də ki, siz ikiniz də qadınsınız, ikiniz də Azərbaycan xalqının sevimli sənətkarlarısınız. Hamı Nigarı çox sevsə də, onun son açıqlamaları din əhlini ona qarşı qaldırdı. Gərək danışmayaydı”.

(yenisabah.az)

Related Articles

Bir cavab yazın

Back to top button