6791f6d021fb5202501255912

Şəmsi Səmədzadə azadlığa buraxıldı

Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb.

Qlobal.net Gununsesi.info-ya istinadən xəbər verir ki, Ş.Səmədzadə bir neçə gün əvvəl sərbəst buraxılıb.

Keçmiş məhkum sayta açıqlamasında həbsinin səbəbləri barədə danışmayıb: “Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur”.

Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

23.01.2025 12:00
show 114