Müğənni Səmra Rəhimli “Formula 1”in finalında səhnəyə çıxıb.
Qlobal.net Olay.az-a istinadən bildirir ki, gənc ulduz bunun üçün səs-küyə səbəb olacaq xareoqrafiya hazırlayıb və ukraynalı rəqqaslarla performans sərgiləyib.
LED ekranlarda hər bir çıxışa uyğun vizual şou göstərilib.
Bundan başqa, Səmra 3 yeni mahnısını da səhnədə ifa edib. Nəğmələrdən ikisi ingilis dilində təqdim olunub.
Rəhimli səhnədə sosial mesajlar da verib. O, gender bərabərliyinə diqqət çəkmək məqsədilə “Bərabərik” mahnısını səsləndirib, insanların eyni hüquqa malik olduğunu vurğulayıb.
1 saat canlı performans sərgiləyən Səmra çıxışı boyunca rəqsləri ilə diqqət çəkib.
12 mahnı ifa edən Səmra səhnədə iki libas dəyişib. Sənətçi paltarlarında qara və qırmızı rənglərə üstünlük verib. Onun seçimində prodüser anası İlahə Bax yaxından iştirak edib.
İfaçının saç və makiyajı üzərində tanınmış stilist Elnur Həsənov çalışıb.
Səmra obrazı, rəqsi, ifaları ilə səhnədə amerikan ulduzlarını xatırladıb.
Gecədən görüntüləri təqdim edirik: