65618a4e5f5e4202311234654
Səmradan kişilərə sərt İSMARIŞ: "Bizə əşya kimi baxma" - VİDEO

Müğənni Səmra Rəhimli növbəti mahnısını qadınlara həsr edib.

Özünə "queen" (kraliça) ləqəbini götürən sənətçi "Bərabərik" adlanan mahnını yutub kanalında təqdim edib. Mahnıda qadın və kişi bərabərliyindən danışan ulduz fikilərini instaqramda bölüşüb.

"Hər kəs bərabər hüquqlara sahibdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır", - Səmra paylaşımında qeyd edib.

Kişilərə ismarışlarla dolu olan mahnının sözləri və musiqisi OD-a, aranjiman isə Clavisə aiddir.


25.11.2023 09:40
show 402