Şou-biznes

Səmradan ağılları başdan alan PAYLAŞIM: Bu, əxlaqsızlıqdır!

Avroviziya təmsilçimiz, müğənni Səmra Rəhimli yenidən sosial medianın gündəminə düşüb.

Qlobal.net xəbər verir ki, son günlər ard-arda paylaşımları ilə müzakirə mövzusu olan ifaçı bu dəfə dənizdə çəkilmiş videosunu izləyiciləri ilə bölüşüb.

Səmra Rəhimli həmin görüntüləri şəxsi “İnstagram” hesabında yayımlayıb. Kadrlarda onun çimərlik geyimində dənizdəüzərək kamera qarşısına keçdiyi görünür.

Lakin bu paylaşım izləyicilər arasında birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi ifaçının bu görünüşünü bəyənmədiklərini bildirərək, sərt iradlar səsləndiriblər. Şərhlərdə “Bu tətil görüntüsü yox, əxlaqsızlıqdır”, “Səhnə adamına yaraşmır” kimi fikirlər yer alıb.

Qeyd edək ki, Səmra Rəhimli son zamanlar tez-tez paylaşdığı cəsarətli fotolar və videolarla müzakirə mövzusu olur.

(yenisabah.az)

Related Articles

Bir cavab yazın

Back to top button