Şou-biznes

Səmra xalqdan 150 min dollar istəyir – Görün niyə? – ŞOK OLACAQSINIZ

“Miss Azərbaycan” titullu model Səmra Hüseynova sosial şəbəkədə yayımladığı videomüraciəti ilə gündəm olub.

Qlobal.net xəbər verir ki, model Azərbaycanı “Miss Universe” (Kainat Gözəli) yarışmasında təmsil etmək üçün xalqdan və sponsorlardan 100-150 min dollar yardım istəyib.

Səmra müraciətində qeyd edib:

“Artıq yarışmanın kastinqləri elan edilib. Afrika, Özbəkistan, Tacikistan, Rusiya, Ermənistan və bir çox ölkə iştirak edir. Amma siyahıda Azərbaycanın adı yoxdur və bu məni məyus edir.

İştirak üçün maliyyə xərclərini qarşılayacaq sponsorlar lazımdır. Noyabra qədər vaxtımız var. Xalqım 1 manat, 5 manat, 10 manat versə, mən orada çıxış edərək ölkəmizi təmsil edərəm. Xahiş edirəm, yardım edin”.

Modelin bu cür müraciəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox izləyici Səmranı kəskin tənqid edib, belə bir məbləğin “yarışma üçün deyil, daha vacib sahələrə xərclənməli” olduğunu vurğulayıb.

Tənqidçilər arasında tanınmış aparıcı və prodüser Tarix Əliyev (Tolik) də var. O, açıq şəkildə narazılığını bildirib:

“Səmra yaxşı qızdır, amma anlamadım… Afrika, Rusiya, Ermənistan, Mozambik… Bu ölkənin dərdi qurtarıb ki, 150 min dolları hansısa lazımsız yarışa ayıracaq? Dövlətin bundan daha vacib işləri var. Mən belə şeylərə heç vaxt dəstək olmaram!”

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от XəbərSiz (@xebersiz.az)

Related Articles

Bir cavab yazın

Back to top button