Gəncədə yanvarın 13-də 24 yaşlı Ümid Əliyev intihar edib.
Sosial şəbəkələrdə yayılan iddialara əsasən, Ümid Əliyev yaxın dostunun vəfatına dözə bilməyib. Dostunun itkisi onun üzərində ağır iz buraxıb və bu psixoloji yüklə mübarizə apara bilməyərək intihar edib.
Qlobal.net xəbər verir ki, Ümid Əliyev doğulduğu Şəmkir rayonunda torpağa tapşırılıb. Onun dəfn mərasimi isə qeyri-adi formada keçirilib. Gəncin tabutu musiqi sədaları altında son mənzilə yola salınıb. Tabutu müşayiət edən avtomobil karvanında “gəlin maşını” da olub.
Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və insanların diqqətini çəkən əsas mövzulardan birinə çevrilib. İntihar hadisəsinin səbəbləri və dəfn mərasiminin bu formada təşkil olunması barədə müxtəlif reaksiyalar ortaya çıxıb. (yenisabah.az)