semed vurgun ve stalin

Səməd Vurğun Stalini necə aldatdı? - Qızlara, yoxsa?

Mərhum xalq şairi Vaqif Səmədoğlunun atası Səməd Vurğun haqqındakı yazısından müəyyən hissəni təqdim edirik.

 Qlobal.net
bildirir ki, yazıda azı 70 ildir ki, insanları düşündürən bir suala – Səməd Vurğunun niyə repressiyaya məruz qalmamasına qismən də olsa cavab verilib:

"Belə istedadla, böyük şair neçin 1937-ci illərin Stalin repressiyasına məruz qalmadı?

- Səməd filankəsi satıb, özü aradan çıxıb.

Bu bir versiya.

- Səməd "dopros"larda özünü mərd aparıb, elə kişilik göstərib ki, ona ölüm hökmü çıxarmağa heç kəsin əli gəlməyib.

Bu da bir başqa versiya.

Anam Xavər xanımın versiyası: - Mir Cəfər Bağırov "Qırmızı partizanlar" dəstəsində sənin dayın, mənim böyük qardaşım Ağabəyin müavini olub.

Atamın həbs olunmaması ilə bağlı ən ağlabatan fərziyəni 1971-ci ildə Moskvada mənə məşhur rus şairi Konstantin Simonov deyib:

- Bütün diktatorlar kimi Stalin də öz misilsiz yaddaşını hamıya nümayiş etdirmək istəyirdi. Mən əminəm ki, hər dəfə Mir Cəfər qəbulunda olanda o, Səməddən də söz arası hal-əhval tuturmuş. Səmədi fəlakətdən yəqin elə bu qurtardı.

Səməd Vurğun 1935-ci ildə Kremldə Stalinin qəbulunda olmuşdu. Stalinin hüzurunda ona yazdığı "Rəhbərə salam" şeirini oxumuşdu. Stalin elə buradaca atamı tribunada saxladaraq ona bir neçə sual vermişdi.

Elə belə, rəhbər "marağ"ını və "məzələnmə"yini nümayiş etdirən sözlər:

- Səməd adındır, bəs Vurğun soyadındır?

- Xeyr, yoldaş Stalin, təxəllüsümüdür.

- "Vurğun" hansı mənanı bildirir?

- Vurulan, məftun olan.

- Kimə, qızlara?

- Xeyr, Vətənə!

Kremldə olan bu söhbətin stenoqrammı atamın ev muzeyində saxlanılır. Vurğun ləqəbini isə ilk uğursuz məhəbbətindən sonra götürübmüş atam. Stalini aldadıb...Ertəsi gün Stalinə orden və medallar almaq üçün təqdim edilmiş azərilərin siyahısını gətirirlər. Səməd Vurğun o siyahıda Qırmızı Əmək Bayrağı ordeninə layiq bilinibmiş. Amma Stalin öz əli ilə Lenin ordeni yazıb, o birini pozub. Atamı SSRİ-nin ən yüksək ordeni ilə təltif edib. Simonovun dediyində məntiq var. Mənim yaddaşımdan respublikanın o zamankı diktatoru Bağırovun dediyi sözlər çıxmır. Rudenko Bağırovdan soruşur:

- Siz xalqın sevimli şairi Səməd Vurğunu niyə həbs etmək istəyirdiniz?

- Mən bunu istəsə idim, çoxdan edərdim.

Bağırovun sözləri də, zənnimcə, həqiqət idi".

16.05.2025 10:05
show 2