66911a6a86a8e202407245834
“Semaşko”da şok hadisə: “Əkiz” uşaqlardan biri “yoxa çıxdı”

Həkimlər tərəfindən əkiz uşağa hamiə qaldığı deyilən qadının başına doğuş zamanı iş gəlib.

Qlobal.net Citypost.az–a  istinadən xəbər verir  ki, Mədinə Hacıyevaya hamiləlik dövründə uşağının əkiz olduğu deyilsə də,doğuş zamanı ona yalnız bir uşaq verilib.Bu barədə saytımıza məlumatı qadının özü bildirib.

“2024-cü ilin yanvarın 26-da həyatımın şokunu yaşadım. Uşaq dünyaya gətirmək üçün “Semaşko” xəstəxanasına aparıldım. Müalicə və müayinə həkimin Solmaz  Mehdiyeva əməliyyata  gəlmədiyi üçün  doğuşu həmin günü  növbədə  olan Minurə Kazımova etdi. Əkiz uşağa  hamilə olduğum halda, mənə bir oğlan uşağı dünyaya gətirdiyimi  bildirdilər”,- deyə  Mədinə  Hacıyeva  bildirib.

Mədinə Hacıyeva doğuş həkiminin bu sözlərindən sonra şok keçirib. Şikayətçinin sözlərinə görə, ona doğuşdan  əvvəlki vaxtlarda  da bir neçə  yerdə  edilən dopler müayinələri  zamanı  əkiz  uşağa hamilə olduğu  bildirilib. Ailə üzvləri də hazırlığı məhz iki uşaq üçün görüb.

“Mənim və yoldaşımın nəslində əkiz uşaq dünyaya gətirən şəxslər var. Yəni,mənim əkiz uşağa hamilə qalmaq şansım  realdır. Müayinələr zamanı həkimlər bu diaqnozu  dəfələrlə  təsdiqləyib. Hətta doğuş günü “Semaşko”nun USM (Uzi) aparatında çalışan müayinə həkimi Zeynəb Osmanova da  mənim əkiz uşağa  hamilə olduğumu təsdiqlədi. Hətta  doğuşdan  bir  neçə dəqiqə əvvəl uşaqların ürək  döyüntülərinin  hansı ritmlə  vurduğunu da mənə bildirdilər…”

Şikayətçi qadın daha sonra bildirib ki, bu hadisədən sonra aidiyyatı qurumlara şikayətlər edib. Müraciət etdiyi dövrdə Kliniki  Tibbi  Mərkəzin (“Semaşko” ) direktoru Könül Ələkbərovla da şəxsən  görüşüb.

“Bu hadisədən sonra “Semaşko”nun rəhbəri ilə görüşdüm. O, mənə bildirdi ki, məsələnin tam araşdırılmasını təmin edəcək .Həmin görüşdən bir müddət sonra uzi həkimi Zeynəb Osmanova və klinikanın Cəmilə adlı əməkdaşı mənə pul təklif etdi ki, şikayətləri dayandırım. Təbii ki, mən bundan imtina etdim. Mənə övladımın lazım olduğunu bildirdim”,- deyə şikayətçi  bildirib.

Mədinə Hacıyevanın sözlərinə görə,dünyaya gələcək əkiz övladlarına Əbülfəz və Ağa adlarını da düşünüblərmiş. Bu gün Ağa onlarla olsa da,Əbülfəzi görmək onlara qismət olmayıb.

Mədinə Hacıyevanın şikayət əsasında Nəsimi Rayon Prokurorluğundarayon prokurorunun böyük köməkçisi II dərəcəli hüquqşünas Vüqar Quliyevin rəhbərliyi ilə aparılan araşdırmadan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Sayt məsələdə adı hallanan  Kliniki  Tibbi  Mərkəzlə də əlaqə saxlayıb. Mərkəzin mətbuat xidmətinin rəhbədi Ruzbeh Gülümov ətraflı danışmaqdan imtina edib. 

“Məsələ 6 ay öncə baş verib.Vətəndaş da müraciət edib, izah olunub. Əlavə mövqeyimiz yoxdur”,- deyə mətbuat katibi bildirib.

12.07.2024 15:55
show 495