Teleaparıcı, bloger Səma Abiyeva paylaşımı ilə diqqət çəkib.
Qlobal.net bildirir ki, influenser sosial media hesabından yayımladığı maraqlı fotosessiyasına "Siz də kitab oxuyanda son səhifədə olanlara göz atırsız?" deyə, izləyicilərinə sual ünvanlayıb.
Aparıcının pozitiv fotolarına çoxsaylı bəyənmələr müsbət rəylər gəlsə də, tənqidi fikirlər də diqqət çəkib. Bəzi izləyicilər "Kitabların üstündə oturaraq poz vermək hansı anlama gəlir?", "Kitaba hörmət onların üstündə oturmaqla göstərilir" kimi şərhlər yazıblar.
Sözügedən fotosessiyanı təqdim edirik:
Qeyd edək ki, Səma Abiyeva radio və televiziya aparıcısı, avtobloger DJ Tural (Yusifov) ilə ailəlidir. (milli.az)