Şəkər xəstələri oruc tuta bilər?

Şəkər xəstələri oruc tuta bilər? - AÇIQLAMA

Türkiyəli tanınmış həkim Gülçin Cengiz Ecemiş diabet xəstələrinin Ramazan ayında oruc tutması ilə bağlı mühüm açıqlamalar verib.

 

Qlobal.net bildirir ki, Ecemiş diabet xəstələrinin oruc tutarkən diqqət etməli olduqları məqamların bu əsas sağlamlıq parametrləri ilə məhdudlaşmadığını, oruc tutma prosesini necə idarə etmələrinin də əhəmiyyətli olduğunu ifadə edib.

 

Diabet xəstələrinin oruc tutmağa qərar vermədən əvvəl bir sıra mühüm amillərin nəzərə alınması lazım olduğunu vurğulayan Ecemiş "Xəstənin yaşı, neçə ildir şəkər xəstəsi olduğu, şəkər xəstəliyində istifadə etdiyi dərmanlar, diabetə müşayiət olunan xəstəliklər və izləmə prosesinin bunlarla necə əlaqəli olduğu bütövlükdə qiymətləndirilməlidir. Xəstənin həkimi bütün bu parametrlərlə xəstənin diabeti ilə bağlı risk səviyyəsini təyin etməlidir" deyib.

 

 Ecemiş "İnsulindən istifadə edən xəstələrdən başqa bəzi xüsusi vəziyyəti olan insanlara oruc tutmağı tövsiyə etmirik. Qan şəkərinə nəzarəti yaxşı getməyən, insulin və ya şəkər həbləri istifadə edən xəstələrin, diabetlə müşayiət olunan nevroloji və ürək-damar xəstəlikləri olan və bunlar üçün müalicə alan xəstələrin, böyrək problemi olan və ya diabetə bağlı nevroloji problemləri olan xəstələrin oruc tutmasını istəmirik" deyə bildirib.

 

Həkim "Şəkər xəstəsi oruc tutmaq istəyirsə, həkiminin razılığı ilə bu qərarı verməlidir. Xəstə bu məsələni həkimi ilə müzakirə etməlidir. Əgər qan şəkəri düzgündürsə, xəstənin istifadə etdiyi diabet dərmanları uzun müddət təsirli deyilsə, uyğun bir pəhriz planı ilə oruc tutmağa çalışmalıdır“, sözlərini vurğulayıb.

Səbinə

Qlobal.net


28.02.2025 07:35
show 35