6524cef364867202310231131
Səidə toyundan sonra üzə çıxdı – Kimin villasında? (FOTO)

Müğənni Səidə Sultan bəysiz keçən toyundan sonra üzə çıxıb, paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Sənətçi həmkarı Xalq artisti Röya Ayxanın dəbdəbəli villasında qonaq olub.

Onların arasında müğənni Natavan Həbibi də olub. Gah küsüb, gah barışan müğənnilər birlikdə foto çəkdiriblər. Səidə sözügedən şəkili sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Müğənni paylaşımına “İllər keçsə də nə qədər “didişsək” (dalaşmaq – red.) doğmalıq keçmir” şərhini yazıb.
Xatırladaq ki, Səidə Sultanın sentyabırın 19-da toyu olub. Toyda isə yalnız xanımlar iştirak edir. Səidənin həmkarı Kərim Abbasov bəyin Səidənin 15 illik dostu olduğunu bildirib.

Qeyd edək ki, Səidə Sultan həm Natavan Həbibi həm də Röya Ayxanla qalmaqal yaşamışdı. Səidə maqazin verilişlərində Natavanı “qan kruşkasıdır” adlandırmışdı. Səidə Röya tərəfindən onun müğənnilik istedadına qısqandığını söyləmişdi. Lakin illər sonra Səidə Röya və Natavanı öz toyuna çağıraraq, onlarla məclisdə barışmışdı. (Trend)

10.10.2023 08:10
show 1702