Şou-biznes

Səidə Dadaşovanın əri DANIŞDI – Görün nələr dedi

Xəbər verdiyimiz kimi, ötən gecə RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində qonaq olan Xalq artisti Brilliant Dadaşova ilk dəfə ailəsindəki qalmaqala münasibət bildirib. O, bacısı Sədaqət Dadaşova ilə qızı Səidə Dadaşovanın qalmaqalından danışıb. Estrada ulduzu iddia edib ki, Səidənin həyat yoldaşı onun anasını təhdid edib və Səidəyə şiddət göstərib:

News24.az məsələni dəqiqləşdirmək üçün Səidə Dadaşovanın həyat yoldaşı, Məhəmmədlə (Maqa) əlaqə saxlayıb.

O, açıqlaması zamanı ailəsində hər şeyin qaydasında olduğunu və yayılan söz-söhbətlərin həqiqəti əks etdirmədiyini bildirib.

“Səidə hazırda öz işləri ilə məşğuldur. O, şəxsi həyat barədə danışmağı sevmir və bu mövzularda suallara cavab vermək istəmir. Hətta belə söhbətlər açılanda əsəbiləşir, bu da onun səhhətinə yaxşı təsir etmir. Bizim münasibətimizdə hər şey qaydasındadır, çox xoşbəxtik. Bir neçə gündür, Qəbələdəyik, istirahət edirik, sakitlikdən zövq alırıq. Həyatda hər şey ola bilər, amma biz birlikdə hər çətinliyi aşırıq”.

O, həmçinin bildirib ki, Səidə Dadaşova yaradıcılıq baxımından da fəal dövrdən keçir və yaxın zamanda yeni ifası yayımlanacaq:

“Səidə yeni mahnı üzərində çalışır. Mahnı artıq demək olar ki, hazırdır və yaxın günlərdə təqdim ediləcək. O, musiqini çox sevir, işinə ciddi yanaşır və bütün diqqətini yaradıcılığına yönəldib”.

Related Articles

Leave a Reply

Back to top button