6440cac318aa1202304231651
Səhnədən uzaqlaşan azərbaycanlı müğənni TANINMAZ VƏZİYYƏTDƏ: İllər sonra efirə çıxdı - VİDEO

Efirlərdən və səhnədən uzaqlaşan müğənni Yaqut Babayeva uzun zamandan sonra üzə çıxıb.

Qlobal.net bizim media-ya istinadən xəbər verir ki, sənətçi "Elgizlə izlə" ictimai-sosial verilişinə qonaq gəlib.

Tamaşaçıları intizarda saxlamaq üçün efirə üzü bağlı qara maskada çıxan Yaqut ailəsindən söz açıb: 

"Mən çoxdan ailə qurmuşam. İkinci övladım dünyaya gələndən sonra bir müddət boşluqlar yarandı. İki övladım var. Bir qız, bir oğlan. İki qız nəvəm var. Qızımın qızlarıdır. Oğlumun 25 yaşı var. Hazırda subaydır". 

Y.Babayeva bildirib ki, illər əvvəl saçının düzümünə və rənginə görə onu Əməkdar artist Mətanət İsgəndərliyə bənzədiblər: 

"İndi məni Mətanətə oxşatmırlar. Amma illər əvvəl ikimizin də saçı qara rəngdə idi. Xalq artisti Ənvər Sadıxovun toyunda ikimiz şəkil çəkdirmişik. Bir-birimizə o qədər oxşayırıq ki, elə bil ki, bir adamıq. Saçımızın forması, görünüşümüz hamısı eyni idi. O zaman belə kəkillər də dəbdə idi. Ondan sonra saçımı saraltdım ki, Mətanətlə seçilək". 

Y.Babayeva bir neçə biznesə sahibdir olduğunu bildirib:

"Şirniyyat biznesim var. Ona görə belə çəki almışam (gülür). Yetərincə müştərilərim var". 


20.04.2023 09:16
show 1541