“Səhnədən öncə paltarımı qayçı ilə doğradılar” – VİDEO

“Muğam” müsabiqəsinin qalibi, tanınmış xanəndə Gülnar Qüdrətli həmkarları arasında yaşanan gərgin münasibətlərdən danışıb.
Qlobal.net xəbər verir ki, müğənni “Öz aramızda” verilişində qonaq olarkən sənət aləmində hələ də qarşıdurmaların davam etdiyini bildirib:
“Elə bilirlər, səhnəyə çıxıb sadəcə qavalı əlimizə alıb oxuyuruq. Amma səhnə arxasında çox şeylər yaşanır. Mübarizələr, paxıllıqlar, xırda intriqalar indi də davam edir.
Xanəndə sənət yolunda qarşılaşdığı çətinliklərdən də söz açıb. O, bəzən həmkarlarının uğurlarını həzm edə bilmədiyini vurğulayıb:
“12 il öncə baş verib. İlk dəfədir deyirəm. Çox gənc idim. Bir dəfə səhnəyə çıxmazdan öncə paltarımı qayçı ilə doğramışdılar. O qədər sarsıldım ki, səhnəyə çıxmaq istəmirdim. Amma tamaşaçı qarşısında bunu hiss etdirməmək üçün özümü ələ aldım. Belə hadisələr sənət aləmində tez-tez baş verir”.
Ətraflı videoda:
(milli.az)