64341f2d285f7202304233733
"Sehir və cadu var, bunu heçkim inkar edə bilməz..." - İlahiyyatçıdan ŞOK AÇIQLAMA
İnsanların lənətlənməsi və ya bir şəxsə qarşı cadu əməllərindən istifadə edilməsi keçmişdən bu günə qədər insanları daim düşündürən bir mövzudur. Kimiləri bunun qurbanı olduğunu, yəni lənətə məruz qalaraq ailəsinin dağıldığını və ya başqa bədbəxtliklər yaşadığını, kimiləri isə bunun yalan olduğunu və belə şeylərin sadəcə fərziyələrdən ibarət olduğunu bildirir.

Bəs həqiqətən də, sehir və cadu insana təsir edə bilər? və ya ümumiyyətlə bu kimi əməllər mövcuddurmu?

Bu barədə Referans.az-a danışan İlahiyyatçı Əkrəm Həsənov bu kimi əməllərin həqiqət olduğunu və günümüzdə insanların bu əməllərdən olduqca çox istifadə etdiyini bildirib:

“Bu əslində çox geniş bir  mövzudur, lakin qısacası belə izah edim ki, bu lənət və ya cadu məsələsi doğrudur. Bu sehir, cadu və digər qara əməllərin mövcudluğu heçkimə gizli deyil. Bununla məşğul olan insanlar kifayət qədərdir, amma onların əksəriyyəti insanları dolandırmaqla məşğuldur. Cadu ilə bağlı Quranda da ayələr var və bunun insana təsir etməsi çətin bir prosesdir, lakin təsiri mümkündür. Bəzi insanlar bu işlər üçün pul verib, həmin işləri edən insanlara müraciət edir, amma onlar bilməlidir ki, əsla əfv olunmayacaq bir günah işləyirlər. Ümumiyyətlə, sehir  və cadu islamda da keçir, Allah özü də Quranda şeytanı lənətləyib. Yəni bu kimi əməllər insana təsir edə bilir, sadəcə olaraq onun təsirinə çox da düşməmək lazımdır. Bu əməllərdən uzaq durmaq lazımdır, mən  bunu inkar etmirəm ki, bu əməllərin qurbanı olan şəxslər olub və olmağa davam edir. Mənə də bununla bağlı müraciət edirlər ki, filan insanın bədəninə cin girib və ya filankəsə cadu olunub. Amma mən çalışıram ki, bu işlərdən uzaq olum, çünki o işlərə istər yaxşı cəhətdən, istərsədə pis cəhətdən yanaşanların sonu yoxdur. İslam alimləri də bunu  vurğulayır ki, cadu və lənət kimi işlərlə məşğul olan insanlar cinlərlə işləyir, onlarla mütamadi əlaqədə olurlar. Yəni qısacası sehir və cadu var, bunu heçkim inkar edə bilməz, amma insanlara bu kimi əməllərdən uzaq durmasını məsləhət görürəm”.

10.04.2023 18:37
show 507